شبنم تووزلو – عمروم گونوم — با دو کیفیت ۳۲۰ و ۱۲۸

دانلود آهنگ شبنم تووزلو به نام عمروم گونوم

Şəbnəm TovuzluÖmrüm Günüm

+ موزیک ویدیو با کیفیت ۱۰۸۰

شبنم تووزلو - عمروم گونوم

3.3/5 - (3 امتیاز)
"Ömrüm Günüm" Sözləri

Əllərimi həyatdan üzüb gedən zaman
Mənə dərman kimi gəldin ay sevgilim
Bu qədər ağrılar,acılar çəkdiyimi
Söylə görüm hardan bildin ay sevgilim

Bu sitəmi,dərdi ata bilmərəmki sənsiz
Qəlbimin səsindən yata bilmərəmki sənsiz
Kor olar gözlərim sən olmasan ağlayar
Gözümün yaşını sildin ay sevgilim

Bunu mənə küləklər,yağışlar dedi
Nə etsəmdə həmişə bağışlar dedi
Hər gün doğmalaşan baxışlar dedi
Dediki sənsiz olmaz ay ömrüm günüm

Həyat səninlə şad firəvan,şahanə
Sənə həmişə axtaracam bəhanə
Evim,eşiyim sənsiz olar viranə
Yerin əsla dolmaz ay ömrüm günüm

Xəbər verir ruhum hər bir anından
Sən dəyərlisən bu şirin canımdan
Nə olar məni üzmə getmə yanımdan
Sevən dərdə salmaz ay ömrüm günüm

Mən tanrıya bağladım bu diləyi
Verdi ona mənim kimi mələyi
Allah həmişə bir döyünən ürəyi
Bir birindən almaz ay ömrüm günüm

پخش آنلاین ویدیو

پخش آنلاین آهنگ شبنم تووزلو به نام عمروم گونوم

0:00
0:00
کد پخش برای وبلاگ ها
لینک کوتاه مطلب
۲۵ اسفند ۱۴۰۲ 183 ۰
نظرات
ترانه موزیک
رفتن به نوار ابزار